Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:27
-


Xaçmaz rayonu, Nabran kəndində yerləşən «Atlant» və «Malibu» istirahət mərkəzlərində standartlara, sanitariya norma və qaydalarına əməl edilmədiyi müəyyən edilib. Bu haqda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, «Atlant»da «mətbəxlər antisanitar vəziyyətdədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur... Aparılmış monitorinqlər zamanı yeməklərin hazırlanmasında istifadə olunan düyü, qarabaşaq, lobya, ədviyyatlar və s. məhsulların zərərverici həşəratlara yoluxduğu aşkarlanıb. Xammallarla yanaşı bir neçə ədəd siçan tələsinin qoyulması burada mövcud vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir.

Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə (gilas, çiyələk, albalı), bal, xama, 40 kq pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilib. Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud olmayıb».

«Malibu» istirahət mərkəzində araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərində düyü məhsulunun, o cümlədən qazanın içində tarakan həşəratlarının olduğu, 14 ədəd xəmir mayasının, 2 ədəd alma esensinin (uksus), 2 litr həcmdə soya sousunun istifadə müddətinin bitdiyi müşahidə olunub. Bundan başqa, məlumatda mətbəxdə həşəratlara və zərərvericilərə qarşı istifadə olunan dərman vasitələrinin ərzaq məhsulları ilə yanaşı saxlanıldığı deyilir.

«Atlant» istirahət mərkəzində müştərilərə verilən salatlarda bakteriyalar, mikroblar və maya göbələkləri aşkar edildiyi bildirilir.

Dövlət Komitəsi nöqsanların aradan qaldırılması üçün istirahət mərkəzlərinə vaxt verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG