Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:04

İraqda 17 partlayışda azı 48 ölü, 220-dən çox yaralı


Bağdadın Sədr City rayonu
Bağdadın Sədr City rayonu
-

İyulun 29-da İraqda avtomobil partlayışları zamanı azı 48 nəfər ölüb, 220-dən artıq adam xəsarət alıb.

Paytaxt Bağdadın müxtəlif hissələrində 11 minalanmış maşın partladılıb, onlardan 7-si şiə məhəllələrində baş verib. Partlayışlar həmçinin Kut, Samava və Bəsrə şəhərlərində də qeydə alınıb.

Ötən gün intiharçının ölkənin şimalında törətdiyi partlayışda isə 14 nəfər ölüb.

Frans Press agentliyinin məlumatına görə, iyul ayının əvvəlindən bu yana İraqda 800-dən çox adam zorakılıq qurbanı olub. Müşahidəçilər hücumların sayının artmasını sünni və kürd azlığı ilə şiə hökuməti arasında münaqişənin kəskinləşməsi ilə izah edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG