Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Mən necə idiot oldum (Bestseller)


Martin Page
Martin Page
​-

"Qanun" nəşriyyatı müasir fransız yazıçısı Martin Page-ın (Martin Paj) bestseller olan "Mən necə idiot oldum" romanını Azərbaycan dilində çap etdi.

Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır. Lakin Paj kimi bir yazıçı üçün xüsusilə qiymətli olan yaşıdları, “öz nəsli” arasında uğur qazanmaq idi.

Romanı, demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarından birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.

Tənqidçilər Pajı dərhal Volter ənənələrinin davamçısı adlandırmağa başladılar, oxucuları onu “Kandida” və “Mikromeqas” ilə müqayisə etməyə yönləndirdilər.

Lakin Pajın mətnləri rasionalizmdən uzaq idi, sosial satira və müsahibələrindən birində “yazmaq üçün bəhanə” adlandırdığı çağdaş dünyanın tənqidilə qətiyyən uyuşmurdular. “Yox, bu mənim üçün, sadəcə, üslub məşqi deyil – Martin Paj özü haqda deyirdi – ancaq mən başa düşdüm ki, bu gün cəmiyyəti tənqid etmək Flober dövründəki kimi təhlükəli deyil. Artıq bu, sadəcə, ədəbi koddur, onu hərfən qəbul etmək lazım deyil”.

Ruscadan tərcümə: Nadir Qocabəyli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG