Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Muğam ifaçısı Tələt Qasımov vəfat edib


Azərbaycanın xalq artisti, muğam ifaçısı Tələt Qasımov iyulun 29-da gecə saatlarında ürək tutmasından vəfat edib. Bu haqda «Turan»a onun yaxınları bildiriblər.

T. Qasımov 1933-cü ilin iyununda Bakıda anadan olub.

O, Zülfi Adıgözəlovdan, Hacıbaba Hüseynovdan dərs alıb. Onun ifa etdiyi bir çox muğam nümunələri qorunub saxlanılır.

Tələt Qasımov uzun illər «Azərkonsert» Birliyinin solisti olub. Azərbaycan muğamını Türkiyə, İran, Almaniya, Rusiya, Misir, Əlcəzair, Tunis və Mərakeş kimi ölkələrdə təmsil edib.

1990-cı ildən sonra T. Qasımov muğam ifaçılığına son verib. Bu haqda çoxsaylı suallar verilsə də, sadəcə «Şuşa alınsa, bir dəfə orada konsert verərəm» deyən sənətkar 23 ildə oxumamasının səbəbinə aydınlıq gətirməyib.

Tələt Qasımov iyulun 29-da Bilgəh qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
XS
SM
MD
LG