Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:10

Gəncədə yas mərasimlərinin İmamzadədə keçirilməsi nəzərdə tutulur


İmamzada Mosque

İmamzada Mosque

Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilin 6 aylıq hesabat iclasında məlumat verib. Bildirib ki, «İmamzadə» Kompleksindən kənarda 5 otaqdan ibarət olmaqla, 1000 nəfərlik mərasim zalları tikilib. Həmin zallarda dini mərasim tədbirləri ilə yanaşı, şəhər sakinlərinin yas mərasimləri də keçiriləcək.

Mərasim zallarında qadınlar və kişilər üçün ayrıca otaqlar da olacaq.

«İmamzadə» kompleksində əsaslı təmir və yenidənqurma işləri aparılır.

«İmamzadə» Kompleksi üçün 2010-cu ildə 3 milyon manat, 2012-ci ildə 2 milyon manat və 2013-cü il üçün 4 milyon manat ayrılıb.
XS
SM
MD
LG