Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:26

«Nabran Holiday Village»in 3 əməkdaşı tutulub


Nabrandakı hadisə yerindən görüntü
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Nabrandakı hadisə yerindən görüntü

-
İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərovun Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən «Nabran Holiday Village» istirahət mərkəzində ağır bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə bağlı 3 nəfər həbs olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Xaçmaz rayon məhkəməsinin qərarı ilə «CTF» firmasının və «Nabran Holiday Village» istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov barəsində (səhlənkarlıq maddəsi üzrə) həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.

İmran Cəfərovun xəsarət alması ilə nəticələnən hadisənin istintaqının prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldüyü bildirilir.

Prokurorluq əlavə edir ki, iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla «CTF» firması və «Nabran Holiday Village» istirahət mərkəzinin fəaliyyətindəki qanun pozuntularının və həmin qanun pozuntularına yol verən digər təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG