Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Abstrakt sənət əsərini cızmaqaradan seçə bilirsənmi? (Test)


Fransız yazıçısı və rəssamı Victor Hugo-nun abstrakt kompozisiyası

Fransız yazıçısı və rəssamı Victor Hugo-nun abstrakt kompozisiyası

-

Los Ancelesdəki Kaliforniya Universitetinin araşdırmaçısı Mikhail Simkin maraqlı bir eksperiment aparıb.

O, sayt yaradaraq oraya həm abstraksionist rəssamların şedevrlərini, həm də öz cızmaqaralarını yerləşdirib. Saytın oxucularına təklif edilib ki, yanaşı qoyulmuş rəsmlərdən hansının həqiqi sənət əsəri, hansınınsa saxta olduğunu müəyyən etsinlər. Ortalama göstərici cəmi 66 faiz olub. Simkin daha bir eksperimenti tələbələr arasında keçirib. Məlum olub ki, tələbələrin abstrakt sənət əsərlərini uşaqların və heyvanların "ilan-qurbağaları"ndan fərqləndirməkdə ortalama göstəricisi - 67 faizdir.

Sən də özünü sına - BURDA. "True art" - həqiqi sənət əsəri, "Fake" isə - saxta deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG