Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:09

İspaniyada aşan qatarın sürücüsü dindiriləcək


-
İyulun 28-də İspaniyada aşan qatarın sürücü ilə bağlı rəsmi mövqe bildiriləcək.
Hakim 52 yaşlı qatar sürücüsü Francisco Garzonun qəzada suçu olub-olmaması ilə bağlı qərar verəcək.

Daxili işlər naziri Jorge Fernandez Diaz deyir, ehtimal ki, Francisco Garzon "ehtiyatsızlıq nəticəsində adam öldürmə"də ittiham olunacaq.
Polis hesab edir ki, təhlükəli döngədə sürəti artırmaq üçün "ağlını itirməlisən".
Başından aldığı yaralara görə xəstəxanaya düşən sürücü 6-cı günü səhiyyə müəssisəsini tərk edəndən sonra polis nəzarəti altına alınıb. O, xəstəxanada olarkən polisin suallarını cavablandırmaqdan imtina etmişdi.
İyulun 24-də İspaniyanın Qalisiya bölgəsində sürət qatarının aşması nəticəsində 78 adam ölmüşdü. Bu hadisə İspaniyada son 70 ildə ən pis qatar qəzası kimi qiymətləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG