Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:42

Xanəndə Tələt Qasımov vəfat edib


-
Mərhumun nəvəsi Vaqif Qasımovun APA-ya verdiyi məlumata görə, xalq artisti uzun sürən xəstəlikdən sonra bu gecə ürək tutmasından vəfat edib.
T. Qasımov bu gün Bilgəh qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.
Mərhumum üç mərasimi isə Təzə Pir məscidində keçiriləcək.
Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl edib və mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənətinə gəlib.
O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi sənətkarlardan muğamın sirlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirib. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınıb.

Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG