Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27
-

AzadlıqRadiosunun "250plyus" satirik şousundan "Oxu zalı"na hədiyyə


YAZIÇILAR HAQDA LƏTİFƏLƏR


***

Gecəyarısı. Bakı Slavyan Universitetinin kafesi. Ölü sükut.

Deşikdən bir qara siçan çıxır. Ora-bura baxır, görür ki, pişik yoxdu, qaça-qaça gedib özünə pivə süzür. Tələsik içib tez də aradan çıxır.

Bir azdan deşikdən bir boz siçan çıxır. Ora-bura boylanır. Görür ki, pişik gözə dəymir. Gedib özünə konyak süzür, içir və qaçıb gözdən itir.

Bir az da keçir, deşikdən bir ala-bula siçan çıxır. Pişiyin olmadığını görüb özünə 100 qram araq süzür. İçir, ətrafa göz gəzdirir, görür, pişik hələ də yoxdu, 100 qram da süzür, sonra birini də, birini də... Altıncıdan sonra şir kimi nərə çəkir:

- Kamal Abdulla gəlsin!!!

***

Gənc yazar Sahilə İbrahimova "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğluna Banqladeş haqda yazdığı romanı təklif edir.

Ş.Xuduoğlu:

- Sahilə xanım, axı siz Banqladeşdə olmamısınız, romanı necə yazmısız?

S.İbrahimova:

- Bəyəm Dante "İlahi komediya"nı yazmaq üçün cəhənnəmə getmişdi?

***

Dünya şöhrətli Azərbaycan yazıçısı, Nobelin bir addımlığında olan Yunus Oğuz Moskvada növbəti kitabını buraxdırır. Həm ticarət, həm ziyarət prinsipi ilə ekzotik heyvanlara tamaşa etmək üçün Moskva zooparkına gedir. Tutuquşuların yanından keçəndə onlardan biri dil-dil ötməyə başlayır:

- Lamsa Lamsa Lamsa!

Yazıçı düşünür ki, "yəqin məni salamlayır". Xoşuna gəlir, birbaşa gedir zooparkın direktorunun yanına ki, neçəyə olsa, tutuquşunu alsın. Direktor and-aman edir ki, bu, mümkün olan iş deyil. Deyir:

- Özünü yox, yumurtalarını ala bilərsiz.

Yunus Oğuz razılaşır, yumurtaları alıb Bakıya qayıdır, hərəsini bir dostuna bağışlayır. Onlar da qoyurlar öz toyuqlarının altına. Bir müddət sonra yumurtalardan cücələr çıxmağa başlayır, amma birindən ördək, o birindən hinduşka, bir ayrısından dəvəquşu... Heç bir yumurtadan tutuquşu çıxmır.

Yazıçı bir də yolu Moskvaya düşəndə yenə həmin zooparka gedir. Tutuquşu onu görən kimi qarnını tutub gülməyə başlayır.

Yunus Oğuz:

- Gül, gül, zato ves Bakı sənin fahişə olduğunu bilir.

***

Gənc yazar Əhməd Şahidov kitab yazır və 10 min tirajla çap edir. Görür ki alan yoxdu, qəzetə belə bir elan verir: "Gənc və yaraşıqlı milyonçu, Əhməd Şahidovun yeni romanının qəhrəmanına oxşayan qızla tanış olmaq istərdi".

***

Din haqda tənqidi məqalələr yazan şair Aqşin Yenisey günlərin bir günü cəngəllikdə azır və kannibalların mühasirəsinə düşür. O üzünü göylərə tutaraq yalvarır:

- Yəni doğrudanmı mənim axırım çatıb?

- Hələ yox! - qeybdən səs gəlir - xəncəri qəbilə başçısının əlindən qap və oğlunun ürəyinə sapla.

Birdən-birə şairin qollarına güc gəlir, bir anda xəncəri başçıdan alıb oğlunun sinəsinə saplayır.

Qeybdən yenə səs gəlir:

- Bax indi doğrudan axırın çatdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG