Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:38

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» - 26.07.2013

Naxçıvan Muxtar Respublikasında miqrasiya prosesləri – emmiqrasiyadan immiqrasiyaya doğru

Statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, son illərdə Naxçıvan Muxtar Respublikasında yaşamaq və işləmək məqsədilə buraya yüzlərlə əcnəbi gəlmiş, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada həmin əcnəbilərin Naxçıvan Muxtar Respublikasında yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları leqallaşdırılmışdır. Belə ki, 2011-ci il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 852 müraciət daxil olmuşdur ki, bu müraciətlərdən 521-i Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi, 253-ü əcnəbilərin Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün fərdi icazənin verilməsi, 78-i isə Azərbaycan Respublikası vətəndaşlığına mənsub olan, lakin xarici ölkələrdə müvafiq sənədlərlə yaşayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı olmuşdur.

…2012-ci il ərzində Naxçıvan Muxtar Respublikasından yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq xarici ölkələrə daimi yaşamaq üçün gedənlərin sayı cəmi 10 nəfərdir. Bu gün Naxçıvan Muxtar Respublikası üzrə müsbət miqrasiya saldosu müşahidə olunmaqdadır və son bir ildə daimi yaşayış üçün muxtar respublikaya gələn 1069 nəfər qeydiyyata alınmışdır.

Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizin, o cümlədən muxtar respublikamızın iqtisadi inkişafı, sabitliyin təmin olunması miqrasiya proseslərinə də təsirsiz ötüşməmiş, Azərbaycan XX əsrin 90-cı illərinin əvvəllərinin emmi¬qrant ölkəsindən immiqrant ölkəyə çevrilmişdir.

Həkim briqadaları kəndlərdə kütləvi profilaktik müayinələri davam etdirirlər

Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları kəndlərdə kütləvi profilaktik müayinələri davam etdirirlər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək Şahbuz rayonunun Badamlı kəndində olmuşdur. Briqada yüksəkixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Kütləvi profilaktik müayinələr son illərin quruculuq ünvanlarından biri olan həkim ambulatoriyasında həyata keçirilmişdir. Ambulatoriyada kabinələr zəruri tibbi avadanlıqlarla təchiz olunmuşdur. Gün ərzində 6 terapevtik, 8 pediatrik, 6 cərrahi, 8 ginekoloji xəstənin müayinəsi həyata keçirilmişdir. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. 20-25 yaşlılar arasında dispanser işi ilə bağlı tədbirlər tamamlanmış, 98 nəfər müayinədən keçirilmişdir.

Şərhləri göstər

XS
SM
MD
LG