Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:42

Jurnalistlərin binasından ən çox AzTV əməkdaşlarına ev verilib


Jurnalistlər üçün inşa edilmiş bina

Jurnalistlər üçün inşa edilmiş bina

-
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa edilmiş binadan ən çox pay alan AzTV əməkdaşları olub.

Həmin binadan televiziyanın 8 əməkdaşı ev alıb.

Bu barədə modern.az internet portalı məlumat yayıb.

«Xalq» və «Respublika» qəzetlərinin hər birinə 6, AzərTac və «Azərbaycan» qəzetinə 5, «Yeni Azərbaycan», «Səs», «Xəzər» TV-yə 4, yerdə qalan redaksiyalara 3, 2 və 1 mənzil verilib.

Bir mənzilin də Mərkəzi Seçki Komissiyasına verildiyi bildirilir. Müxalifətyönlü qəzetlərdən «Yeni Müsavat»a 3, «Azadlıq» qəzetinə isə 2 mənzil verilib.

Jurnalistlərə pulsuz evlər iyulun 22-də, Azərbaycan Milli Mətbuata Günüdə paylanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG