Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:33

Misirdə toqquşmalar: 100 ölü, 1000-dən çox yaralı


Qahirədə qarşıdurma - 27 iyul 2013.
Qahirədə qarşıdurma - 27 iyul 2013.
-
İyulun 27-si səhər saatlarında Qahirədə Misirin devrilmiş prezident Mohamed Morsi tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmada 100 nəfərə yaxın adamın öldüyü, mindən çox adamın yaralandığı bildirilir.

Bu barədə BBC məlumat yayıb.

Hazırda «Müsəlman qardaşları»nın Morsi-nin prezident səlahiyyətlərinin qaytarılması tələbilə oturaq aksiya keçirdiyi bildirilir.

«Al-Jazeera» telekanalı isə 120 nəfərin öldüyü, 4500 yaxın adamınsa yaralandığını xəbər verir.

Məlumatda bildirilir ki, qarşıdurma polisin islamçıları düşərgəsindən çıxarmağa cəhdindən sonra başlayıb.

İyulun 26-sı gecə paytaxt Qahirədə Morsi tərəfdarları ilə əleyhdarlarının nümayişi keçirilib. Həmin vaxt Misirin daxili işlər naziri Mohamed İbrahim yaxın vaxtlarda qanun çərçivəsində Morsi tərəfdarlarının nümayişinə son qoyulacağını deyib.

İyulun 3-də hərbçilər Mohamed Morsi-ni hakimiyyətdən uzaqlaşdırıblar. İndiyə qədər o, həbsdədir. Harada saxlandığı isə məlum deyil.
XS
SM
MD
LG