Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:56
-
«Qafqaz Qovşağı»nın budəfəki buraxılışında Cənubi Qafqaz ölkələrinin Avrointeqrasiyası diqqət mərkəzində saxlanıb. AB-nin Gürcüstan və Ermənistanla azad ticarət zonası barədə razılaşmaya dair danışıqları uğurla başa çatdırdığını diqqətə yetirən aparıcı müzakirəyə qatılanlara bu sualı ünvanlayıb: «Buna assosiasiya razılaşmalarının bir hissəsi kimi baxıldığından, sözügedən razılaşma geosiyasət baxımdan nə deməkdir və söhbət hansısa irəliləyişdən, Avropa Birliyinin Cənubi Qafqazdakı rolunun artmasından gedirmi?». Müzakirəçilər bu cavabları dilə gətiriblər:

Avrasiya Əməkdaşlıq Fondunun ölkə direktoru, siyasi şərhçi Gevorg Ter-Gabrielyan:

- Mən bunu irəliləyiş sayıram. Bütövlükdə Ermənistan və keçmiş sovet məkanı üçün sevindirici haldır. Bunda geosiyasi element görmürəm. Burda söhbət açıq ticarət və sərbəst hərəkətdən, təhsil və s.-dən gedir. Fikrimcə, Gürcüstan kimi Ermənistan da 10 ildən çoxdur bu işlə məşğuldur, çünki AŞ-nin üzvüdür.

Siyasi təhlilçi Kakha Gogolashvili:

- Bu, Gürcüstanın Avrointeqrasiya, hətta Avroatlantik məkan istiqamətində irəliləməsinə zəmanət verən daha bir addımdır. Burda geosiyasi mübarizənin getdiyi də duyulur. Rusiya Avrasiya Birliyi və Gömrük Birliyi yaratmağa başlamaqla keçmiş sovet ölkələrində avropalaşmanın qarşısını almağa çalışır. Yetərincə ciddi mübarizə gedir. Biz bilirik ki, AB Rusiyanın Gömrük Birliyinə daxil olan ölkə ilə azad ticarət qurmaz. Bu, dəfələrlə açıqlanıb.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu:

- Azərbaycanda inanırlar ki, hər hansı inteqrasiya və inteqrasiya prosesi qarşılılıqlı öhdəlikləri nəzərdə tutur. Rəsmi Bakı öhdəlik götürməyi sevmir, götürsə də bunu ya hər zaman sabotaj edir, ya da ona açıq-aşkar məhəl qoymur.

Üç qafqazlının debatını daha ətraflı burdan dinlə (rusca):

Şərhləri göstər

XS
SM
MD
LG