Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Niagara Festivalında Azərbaycan rəqsləri


"Araz" Ansamblının ifası. azeriamericanews.com
"Araz" Ansamblının ifası. azeriamericanews.com
-

Kanadada keçirilən Niagara Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqisi də səsləndi, rəqsləri ifa edildi.

Torontoda fəaliyyət göstərən "Araz" Rəqs və Mahnı Ansamblı festivalın bir hissəsi olaraq konsertlə çıxış edib.

2006-cı ildə Torontoda Samad Pourmusavi tərəfindən yaradılan ansambl həm Azərbaycan, həm də ümumilikdə Qafqaz rəqslərini ustalıqla ifa edir.

Niagara-on-the-Lake şəhərində düzənlənən festivalın icraçı direktoru Christopher Blake deyib ki, Azərbaycan mədəniyyətinin Kanadada nümayişi artıq bir ənənə halını alıb. Yerli azərbaycanlı icması bu işdə fəaldır.

Azərbaycanın Kanadadakı səfiri Fuad Şəfiyev bildirib ki, iki ölkə arasında əlaqələrin sıxlaşmasında mədəniyyət mühüm rol oynayır.

"Araz" Rəqs və Mahnı Ansamblı davamlı olaraq Kanadadakı mədəniyyət tədbirlərində, o cümlədən Toronto Türk Festivalında çıxışlar edir.

Niagara festivalı iyulun 12-dən avqustun 11-cən keçirilir. Əsas özəlliyi ən müxtəlif növ musiqiyə meydan verməsidir.

http://www.azernews.az/

Araz Ansamblının ifalarından (Aprel)
XS
SM
MD
LG