Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

Jurnalistlər Avropa Məhkəməsinə şikayət göndərdilər


-
Jurnalistlər Avropa İnsan Haqları Məhkəməsinə ifadə azadlığı hüququnun pozuntusundan şikayət göndəriblər.

Bu barədə AzadlıqRadiosuna Media Hüququ İnstitutunun layihələr üzrə koordinatoru Xalid Ağəliyev məlumat verib.

Şikayətçilər «Azadlıq» qəzetinin əməkdaşı Natiq Ədilov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Nizami Cəfərov, siyasi fəallar Kamilə Aslanova, Eldar Hüseynov və Ağaverdi Rüşanovdur.

Xalid Ağəliyevin dediyinə görə, onlar 2010-cu il parlament seçkiləri zamanı müşahidəçi statuslarının ləğv edilməsinin, iş üzrə çıxarılan məhkəmə qərarlarının qanunsuz olduğu iddiasını qaldırıblar.

Vəkillərin Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, yerli məhkəmələr müşahidəçi statusu ləğv edilən jurnalistlərin və fəalların iddiası üzrə qərarlar verərkən onların Avropa Konvensiyasında təsbit olunmuş hüquq və azadlıqlarına müdaxilə ediblər. Onlar Avropa Məhkəməsindən hüquqlarının pozulmasının tanınması, işlə bağlı çəkdikləri xərclərin, dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunmasını xahiş edirlər.

Şikayətçilər 2010-cu il tarixdə keçirilən parlament seçkilərini müşahidə qrupunun üzvləri olublar. Suraxanı rayonunda seçki prosesində onların müşahidəçi statusları əllərindən alınıb. Ərizəçilər polis əməkdaşlarının izahat vermədən qanunsuz saxlamalarından, jurnalist və müşahidəçi fəaliyyətlərini həyata keçirməyə imkan verilməməsindən Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Suraxanı Prokurorluğuna şikayət etsələr də, şikayətləri təmin olunmayıb.
XS
SM
MD
LG