Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:09

Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini həbsdən azad edildi


-
Azərbaycan İslam Partiyası (AİP) sədrinin həbsdə olan sabiq müavini Hacı Mehdi Şamilli azadlığa buraxılıb.

Bunu onun vəkili Cavad Cavadlı apa-ya deyib.

Mehdi Şamilli mayın 7-də imzalanan Amnistiya Aktına düşsə də, 2 aydır azadlığa buraxılmırdı.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bildirirdi ki, müvafiq sənədlər gəldikdən sonra onu buraxacaqlar. Ancaq həm vəkili, həm də yaxınları lazımı sənədlərin toplanaraq Penitensiar Xidmətə təqdim olunduğunu deyirdilər.

Hacı Mehdi Şamilli Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri hazırlama, saxlama, və ya satma) maddəsi ilə ittiham olunurdu. Sabunçu rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Hacı Mehdi Şamilli Azərbaycan İslam Partiyasının təsisçilərindən biri olub. Lakin 1998-ci ildən partiyadakı fəaliyyətini dayandırıb.
XS
SM
MD
LG