Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:58

Almaniya Azərbaycana yeni səfir təyin edib


-
Bu barədə apa-ya Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova bildirib.

Yeni səfir Heidrun Tempel əvvəllər Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada çalışıb.

Yeni təyin olunmuş səfir Azərbaycanla bağlı fikirlərini bölüşüb:

«Azərbaycan xüsusi qonaqpərvərliyi və tolerantlığı ilə seçilən gözəl bir ölkədir. Mən yeni fəaliyyətimə görə çox məmnunam. Hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və bizim sıx iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirməkdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG