Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:10

Richard Morningstar Qəbələyə səfər edib


Richard Morningstar
Richard Morningstar
İyulun 25-dən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Richard Morningstar Qəbələ rayonunda səfərdədir. İcra Hakimiyyətinin rəsmi saytı yazır ki, səfir bu gün rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşüb.

Məlumata görə, səfir rayonun gözəl məkan olduğunu, Qəbələnin onun üçün böyük maraq doğurduğunu deyib. Bildirilir ki, R. Morningstar Qəbələ V Beynəlxalq Musiqi Festivalını izlədiyini və təbiət qoynunda gözəl musiqidən zövq aldığını ifadə edib.
XS
SM
MD
LG