Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26
-

İyulun 26-da saat 12 radələrində şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova vəfat edib. Bu barədə AzadlıqRadiosuna 1 saylı Şəhər Kliniki Xəstəxananın reanimasiya şöbəsindən məlumat veriblər.

O, iyulun 11-də xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti daha sonra Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Bu günsə bəstəkar klinikanın reanimasiya şöbəsində vəfat edib.

Ş. Axundovanın hələlik harada dəfn ediləcəyi bilinmir.

Ş. Axundova 1924-cü ildə Şəkidə anadan olub. 1943-1944-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə «Şöhrət» ordeni ilə təltif edilib.

89 yaşlı Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb.

Şəfiqə Axundovanın bəstəsi. Oxuyur Rübabə Muradova

Şəfiqə Axundovanın bəstəsi. Oxuyur Şövkət Ələkbərova

Şərhləri göstər

XS
SM
MD
LG