Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:20

Los Angelesdə Azərbaycan gecəsi keçirilib


İyulun 25-də Los Ancelesdə Azərbaycana həsr olunan tədbir keçirilib.

Azərbaycanın Los Angelesdəki Baş Konsulluğundan AzadlıqRadiosuna verilən məlumata görə, Beynəlxalq Ziyarətçilər Şurasının (International Visitors Council) təşəbbüsü ilə keçirilən tədbir zamanı baş konsul Nəsimi Ağayev Azərbaycanın tarixi, neft strategiyası, qərb və qonşu dövlətlərlə münasibəti və Ermənistanın-Azərbaycan münaqişəsi barədə iştirakçıları məlumatlandırıb.

Bildirilir ki, tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndəsi tədbiri pozmağa çalışıb. İştirakçıların etirazı ilə üzləşəndən sonra onlar tədbiri tərk etməyə məcbur olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG