Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

İyulun 28-də IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 28-də 2013/2014-cü tədris ili üçün ali təhsil və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Lent.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə iyulun 26-da keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul imtahanı keçiriləcək.

Bu il IV qrup üzrə 11793 abituriyent ərizə təqdim edib. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 53 abituriyent xarici ölkələrin vətəndaşıdır. 53 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənc isə 1998-ci ildəndir.
XS
SM
MD
LG