Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

İmran Cəfərov Berlinə yola salındı


-

«Nabran Holiday Village» istirahət mərkəzində baş verən olayda xəsarət alan iki yaşlı İmran Cəfərov iyulun 26-sı səhər Berlinə yola salınıb.

Almaniyadan Bakıya ixtisaslaşmış həkimlərdən ibarət ambulans təyyarə gəlib. Onlar uşağı 28 gün davam edəcək diaqnostika üçün «Charite» xəstəxanasına aparıblar. İlkin olaraq İ. Cəfərovun Almaniyada 2-3 əməliyyatdan keçəcəyi güman olunur.

Trend-in məlumatına görə, Mərkəzi Klinik Xəstəxananın təcili yardım həkimi Azad Əbilov jurnalistlərə bildirib ki, uşağın vəziyyəti hazırda stabildir:

«Xəstənin vəziyyəti dünən gün ərzində stabilləşib, göstəricilər normallaşıb, lazım olan preparatlar vurulub. Xəstə tam stabil halda tibbi təxliyə ilə aeroporta çatdırılıb və alman həkimlərə təhvil verilib».

İmran Cəfərovun müalicə xərclərini dövlət öz üzərinə götürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin «əmək mühafizəsi qaydalarını pozma» və «səhlənkarlıq» maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Bu arada «Nabran» istirahət mərkəzinin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.
XS
SM
MD
LG