Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:09

-

25 yaşlı Ukraynalı tələbə Britaniyada terrorla ilgili bir sıra ittihamlarla məhkəməyə çıxarılıb. İyulun 25-də Pavlo Lapshyn saxlandığı həbsxanadan ittihamlardan biri üzrə - 82 yaşlı Mohammad Saleemin Birmingem şəhərində qətli ilə bağlı video konfrans vasitəsi ilə ifadə verib. Ukraynalı tələbə Aprel ayında 82 yaşlı qocanı məsciddən evə gedərkən bıçaqlayıb öldürməkdə ittiham olunur.

Lapshynə qarşı digər ittihamlar da irəli sürülüb. Onu İngiltərənin Walsall, Tipton və Wolverhampton şəhərlərində iyun və iyul aylarında törədilən 3 bomba partlayışında ititham edirlər. Bu partlayışlar Londonda may ayında bir əsgərin küçədə radikal islamçılar tərəfindən bıçaqlanmasıyla başlanan gərginliyin artmasına səbəb olmuşdu.


Dneprepetrovskdan olan Pavlo Lapshyn iyulun 18-də həbs edilib. Ancaq onun doğulduğu şəhərdə heç kim tələbənin terror törədəcək adam olmasına inanmır.
Pavlo Lapshyn İngiltərəyə, Birmingemə elə bu ilin aprelində köçüb. Delcam adlı komöüter avadanlığı şirkətində iş təklifi alandan sonra. Buna qədərsə Milli Metallurgiya Akadmeiyasını bitirib, magist dərəcəsini aldğı mərasimdə isə Britaniya səfiri Leigh Turner də iştirak edib. Və məhz səfirliyin yardımı ilə İngiltərəyə köçmüşdü.
İndi Lapshynin müəllimi və diplom rəhbəri Viktor Laskin deyir ki, tələbəsi çox sakit biri idi.


Lapshyin təhsil aldığı ali məktəbdən və hətta ailəsindən də kimsə ittihamlar barədə danışmaq istəməyib. Dneprdə Lapshynlə bir məhəllədə böyüyən Dinana isə deyir ki, onda heç vaxt qəribə heç nə sezməyiblər. Atası professor, anası ziyalı olan bir hörmətli ailənin uşağıydı. Sıradan biri idi, və heç nə ilə başqalarından seçilmirdi.

Ancaq Diana deyir ki, 3 il əvvəl bir qəribə olay baş vermişdi:

"Evlərinə polis gəlmişdi.. Atası kimya texnologiyaları institutnda çalışırdı və anladığım qədər kimyəvi reaksiyalar ilə bağlı nəsə araşdırırdı. Pavlo da oradan evə nəsə maddələr gətirib sınaqlar aparırmış. Bir gün reaksiya nəsə düz getməyib və partlayış olmuşdu, qapı pəncərələri hava uçmuşdu. Kimsə yaralanmamışdı, odur ki, polis onu aparandan qısa müddət sonra buraxmışdı”.

Dneprepetrovsk polisinin sözçüsü Oleksiy Sherbatov həmin olayı təsidləyir. Onun sözlərinə görə, onlar sınağım elmi araşdırmalar məqsədiylə aparıldığına inandıqlarından və kimsə də şikayət etmədiyindən cinayət işi açmayıblarmış. Amma Sherbatovun sözlərinə görə, İngiltərədə baş verənlərdən sonra İnterpol onlarla əlaqəyə keçib və bu məlumatları onlara ötürüblər.

Britaniya polisi indi tələbəni bomba hazırlamaq üçün batareyalar, yerləşdirmə üçün çantalar, saatlar, kimyəvi maddələr və xüsusi ləvazimatlar almaqda, mobil telefonlardan detonator kimi istifadə etmək və bombanı hara qoymaqla bağlı internetdə araşdırmalar aparmaqda ittiham edirlər. Bundan əlavə Birmingem polisindən detektivlər Ukraynaya da gəlib və burada onun cinayətinin motivlərini araşdırmağa çalışıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG