Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:04

Sosial şəbəkədə yardım axtaranlar çoxalsa...


-
Facebook-dan birbaşa şərh yaz

Sosial media xəstəsinə yardım axtaranların pənah yerinə çevrilib.
Virtual sosial təşəbbüslərin əhəmiyyəti, təsiri və icbarı sığorta gileyləri...

Natiq Ədilov:

- Sosial media artıq insanların yardımlaşdığı bir məkana çevrilib. Əvvəllər də qəzetlərdə bu cür kampaniyalar təşkil olunurdu. Ancaq sosial mediadakı effekti vermirdi.

- Sosial şəbəkədə yardım axtaranlar çoxalsa, onların hamısına kömək də çətin məsələyə çevriləcək. Buna görə də, məsələ dövlət səviyyəsində həll olunmalıdır.

- Tibbi sığorta tətbiq olunsa belə, məsələnin həll olunacağına inanmıram.

- Ölkədə səhiyyə sistemində o qədər problemlər var ki, insanlar xaricə üz tutur.

Millət vəkili Məlahət İbrahim qızı:

- Tibbi sığortanın tətbiqiylə bağlı ciddi problemlər var. Vətəndaşlar buna hazır deyil. İş adamları öz işçilərinin tibbi sığorta haqqları ödəməlidir.

- Dövlət səhiyyə sektoru tam pulsuzdur. Vətəndaşlar müraciət edə bilər.

- Amerikada da müxtəlif xəstəliklərlə bağlı pul toplama kampaniyaları keçirirlər. Bu işdə təkcə dövlət yox, ictimaiyyət də səfərbər olur.

- Azərbaycanda müasir səhiyyə ocaqları olsa da, səhiyyə xidməti hələ ürək açan deyil. Ancaq müəyyən işlər görülür. İcbari tibbi sığortanın da tətbiqi tez bir zamanda həll olunacaq.

İqtisadçı Azər Mehdiyev:

- Dünyada icbari tibbi sığortanın uğurlu modellərində pul həm işə götürənlər, həm də işçilər tərəfindən ödənilir.

- Maraqlar konflikti icbari sığortanın tətbiqinə əngəl olur.

-İcbari tibbi sığortanın tətbiqi dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin itməməsinə səbəb ola bilər.

-İcbari tibbi sığortanın tətbiqi səhiyyəyə ayrılan vəsaitin artırılmasını tələb edir.

Verlişi tam dinləmək üçün:

Şərhləri göstər

XS
SM
MD
LG