Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:51

Aqrar Universitetinə rektor təyin edildi


-
Prezident İlham Əliyev iyulun 25-də İbrahim Cəfərovun Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) rektor təyin edilməsi haqqında sərəncam verib.

Bu ilin yanvarında İsmayıllıda baş verən hadisələrdən sonra universitetin rektoru Mirdamət Sadıqov İsmayıllıya icra başçısı təyin edilib.

İbrahim Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Rektor təyin edilənə qədər ADAU-nun rektor əvəzi və tədris işləri üzrə prorektoru vəzifəsini tutub.
XS
SM
MD
LG