Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:10

«Neftçi» Böyükağa Hacıyevi istefaya göndərdi


-
İyulun 25-də «Neftçi» peşəkar futbol klubunun iclası keçirilib.

Qol.az-ın yaydığı xəbərə görə, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. İstefa qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib.

Köməkçi məşqçilərin işi davam etdirməsi məqsədəuyğun hesab olunub. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
XS
SM
MD
LG