Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:49

«Azadlıq» qəzetinə qarşı iki iddia


Azadlıq qəzeti
Azadlıq qəzeti
-

«Azadlıq» qəzetinə qarşı iki iddia irəli sürülüb. İddiaçılardan biri hazırda həbsdə olan Hüseynağa Babayev, digəri isə vaxtilə xalq hərəkatının fəallarından olmuş Təhmasib Novruzovdur.

Hüseynağa Babayev 2011-ci il noyabrında «Azadlıq»da dərc olunmuş «Buzovnada atışmada adam öldürüldü»və «Buzovnadakı atışmanın şok təfərrüatları» başlıqlı yazıda qeyd olunanları özünə qarşı böhtan sayır və qəzetin baş redaktoru Qənimət Zahidin həbs olunmasını istəyir.

Təhmasib Novruzov da hazırda həbsdə olan Bəhlul Muradovun AXCP lideri Əli Kərimliyə sui-qəsd hazırlaması və bu planda onun da əlinin olması haqda 2012-ci ildə qəzetdə dərc edilmiş materiala görə iddia qaldırıb.

«Azadlıq»ın redaktoru Sücəddin Şərifovun sözlərinə görə, qəzet vaxtı ilə hər iki tərəfin mövqeyini dərc edib və üstündən uzun müddət keçəndən sonra onların məhkəməyə müraciət etməsi əsassızdır:

«Buzovna ilə bağlı yazıdan sonra həmin məhbus bizə məktub göndərib və onu olduğu kimi qəzetdə dərc etmişik. Təhmasib Novruzova gəldikdə, onun da mövqeyi bir-iki gün sonra qəzetimizdə geniş dərc olunub».

«MÖVQEYİMİ DƏRC ETMƏSƏLƏR SONA QƏDƏR GEDƏCƏM»

Təhmasib Novruzov isə qəzetdə onun mövqeyinin getdiyini təkzib edir:

«Mən 2012-ci ildə barəmdə çıxan yazı ilə bağlı Yasamal məhkəməsinə müraciət etmişəm, indiyə qədər mənim mövqeyim verilməyib. Bir-iki dəfə proses təyin edilib, amma qarşı tərəf gəlməyib. Mən qəzetdən 50 min manat təzminat istəyirəm. Əgər qəzet mənim mövqeyimi dərc etsə iddiadan imtina edə bilərəm. Etməsələr, sona qədər gedəcəm».

«Azadlıq» qəzetinin redaktoru Sücəddin Şərifov isə deyir ki, onlar Təhmasib Novruzovun məhkəmə iddiası ilə bağlı bildirişi bir-neçə gün əvvəl alıb:

«Biz hər iki tərəfin vaxtı ilə qəzetimizə verdiyi mövqelərini məhkəməyə təqdim edəcəyik. Görünür, məhkəmələrin bu məsələdən xəbəri yoxdur».

Sücəddin Şərifov hər iki iddianı əsasız sayır. O, hesab edir ki, bu, «Azadlıq» qəzetinə və Qənimət Zahidin əsasını qoyduğu «Azərbaycan saatı»na qarşı təzyiqlərin növbəti mərhələsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG