Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:15
Səhhətindəki problemlə bağlı jurnalist Nicat Dağlar iyulun 25-də gecə saatlarında Almaniyaya yola düşür. Onun Almaniyaya yola salınmasında jurnalistlər də iştirak edəcək.

Bu barədə AzadlıqRadiosuna jurnalistin qaynı Məqsəd Rəhimov məlumat verib:

«Bu gecə yola düşürük. Nicat Frankfurt şəhərindəki klinikada yerləşdiriləcək. Bizi Almaniyadakı səfirliyimizin nümayəndələri qarşılayacaq. Orda nə qədər qalacağıq, bu, həkimlərin rəyindən asılı olacaq».

Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra Nicat Dağların müalicə xərclərini dövlət öz üzərinə götürüb.

Leykoz xəstəliyindən əziyyət çəkən jurnalist bir neçə dəfə müalicə üçün Gürcüstanda olub. Hazırda o, Bakıdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG