Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

Zaur Qurbanlı ev dustaqlığına buraxılmadı


Bakı Apellyasiya Məhkəməsi də «N!DA» Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının ev dustaqlığına buraxılmaması ilə bağlı Nəsimi məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib. Prosesdə iştirakdan imtina etdiyi üçün apellyasiya şikayətinə Zaur Qurbanlının iştirakı olmadan baxılıb.

Zaur Qurbanlı aprelin 1-də həbs edilib. O, mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürmədə ittiham edilir.

Zaur Qurbanlı talassemiya xəstəsidir. O, bronxial asma və böyrək xəstəliyindən də əziyyət çəkir.
Eyni ittihamla yeddi «N!DA» üzvü həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG