Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:49

Ə. Həsənov: «Dövlətin hər zaman gənclərdən umduğu bir məsələ var»


Əli Həsənov

Əli Həsənov

-

Azərbaycan dövlətinin hər zaman gənclərdən umduğu bir məsələ var ki, o da dövlətçilik, vətənpərvərlik hissləridir. Trend-in məlumatına görə, bunu cümə axşamı «XƏTDƏ» Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, o dövlətin gənclərinin həyatı dolğun, firavan, rahat olur ki, həmin dövlətin gənclərinin böyük əksəriyyəti təhsilli, mədəniyyətli olur, başqa dillərə, mədəniyyətlərə tolerant yanaşır, ətraf aləmdə mövcud olan yenilikləri kifayət qədər qavrayıb öz ölkəsinin, dövlətinin dilinə, mədəniyyətinə tətbiq etmək baxımından praktik olur:

«Sizin hər biriniz bir ailənin övladısınız, bir nəslin nümayəndəsisiniz, eyni zamanda, sizin hər biriniz Azərbaycan dövlətinin vətəndaşısınız, azərbaycanlısınız. Bu da hər bir insanın üzərinə əlavə bir məsuliyyət qoyur. Bu məsuliyyət nədir? Bu, dövlətin, xalqın mövcud varidatına sahib çıxmaq, onu inkişaf etdirmək, daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərinizi bəlli sütunlar altına vermək, bəzi yükləri öz çiyinlərinizə götürmək, dövlətimizə, millətimizə sahib çıxmaqdır. Biz də gələcəyimizə tam əmin ola biləcəyik ki, gənclər dünyada rəqabətədavamlılıqla bərabər milli təəssübün daşıyıcılarıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG