Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Nabranda yaralanmış İmran Cəfərovun Almaniyaya aparılmasına hazırlıq görülür


Nabrandakı hadisə yerindən görüntü
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Nabrandakı hadisə yerindən görüntü

-

Xaçmazdakı istirahət mərkəzində xəsarət alan 2 yaşlı İmran Cəfərovun Almaniyaya aparılmasına hazırlıq görülür. Bu barədə AzadlıqRadiosuna onun xalası Əzizə Baxşıyeva məlumat verib:

«İmran təxminən 1 saata yaxındır sarğıdadır, onun Almaniyaya aparılmasına hazırlıq gedir. Artıq bu ölkədən xüsusi təyyarə də sifariş verilib. Çatdırılsa bu gün, olmasa sabah o, Berlinə aparılacaq. Səhhətinə gəldikdə ağrıları var, görək nə olur».

APA-nın məlumatına görə, İmran Cəfərovun müalicəsinin «Sharite» klinikasında təşkilinə qərar verilib.

Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək.

İmran Cəfərov iyulun 21-də Xaçmazın Seyidli kəndindəki «Nabran Holiday Village» istirahət mərkəzində hovuzda çimərkən hovuzun yaxınlığında su çəkən qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun ağzında qoruyucu barmaqlıq olmadığından azyaşlının hər iki ayağı borunun içərisində qalıb. Onun sol ayağı zədələnib, sağ ayağını isə dizdən aşağı itirib.

İmran Cəfərovun müalicə xərclərini dövlət öz üzərinə götürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin «əmək mühafizəsi qaydalarını pozma» və «səhlənkarlıq» maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Ötən gün Xaçmaz «Nabran» istirahət mərkəzinin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.
XS
SM
MD
LG