Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:46

İlham Əliyev iftar mərasimində iştirak edib


İlham Əliyev iftar mərasimində iştirak edib
İlham Əliyev iftar mərasimində iştirak edib
Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında iftar mərasimi təşkil edib. Mərasimə qatılan prezident İlham Əliyev çıxışında ölkədə dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını vurğulayıb.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib.

İlham Əliyev bir sıra ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqa xələl gətirən hallara qarşı beynəlxalq səviyyədə qəti mövqe göstərməyin zəruriliyini qeyd edib.
XS
SM
MD
LG