Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:41

Snowden hava limanında tranzit zonadan çıxa bilmir


Edward Snowden hələ də Moskvanın Şeremetyevo hava limanından çıxa bilmir. Bunu onun vəkili Kucherena deyir.
Vəkilin sözlərinə görə, onlara hava limanını tərk etməyə imkan verən sənədlər hələ də verilməyib.
Kucherena deyir ki, Snowden hava limanında qalmaqda davam edəcək.

Vəkil bununla Rusiyanın RİA-Novosti və digər nüfuzlu mediasının verdiyi xəbərləri təlkzib edib ki, guya lazımi sənədlər Snowdenə artıq verilib.

Vəkilin izahına görə, “Snowden müvəqqəti sığınacaq mürcaiətini Rusiyanın Miqrasiya xidmətinə verib. Buna baxmağa 3 ay vaxt lazımdır. Bu 3 ay ərzində Miqrasiya Xidməti xüsusi sənəd verir ki, müraciətə baxılır. Həmin sənəd əsasında Snowden hava limanından çıxıb, Moskvada yaşaya bilər. Bu sənəd istənilən an verilə bilər”.

Snowden haqda Kucherena deyib ki, “o, Rusiyada qalmaq istəyir. O, Rusiya mədəniyyətini öyrənmək istəyir”.

Vəkil Snowdenə Dostoyevskinin “Cinayət və Cəza” əsərini və Anton Çexovun kitabını gətirdiyi deyib.
XS
SM
MD
LG