Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Dünyanın hər yerindən Azərbaycan dilinin lüğətlərindən yararlanmaq imkanı - adq.az


Azərbaycan Dil Qurumunun saytı fəaliyyətə başladı.

-

Yazı yazırsız, tərcümə edirsiz və hansısa sözün düzgün yazılışını, dəqiq anlamını bilmirsiz? Köməyinizə Azərbaycan Dil Qurumunun yeni açılan saytı – adq.az çata bilər.

Saytda Azərbaycan dilinin izahlı lüğətinin və orfoqrafiya lüğətinin elektron variantı da yer alıb.

Sayt qurumun rəhbəri, millət vəkili Sabir Rüstəmxanının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında təqdim edildi.

Saytın rəhbəri jurnalist Anar Niftəliyevdir.

S.Rüstəmxanlının sözlərinə görə, adq.az təkcə jurnalistikaya təzə gələn gənclərin yox, yazıçılar, nəşriyyat işçiləri, tərcüməçilər, tələbələrin də karına gələcək.

Beləcə, çoxlu orfoqrafik səhvlərin, yersiz işlənən sözlərin yer aldığı kağız və İnternet mətbuatının dili yaxşılaşa bilər.

Adq.az-a Dil Qurumunun fəaliyyətinə aid məqalələr, Azərbaycan dilinin qaydalarının pozulması ilə bağlı keçirilmiş monitorinqlərin nəticələri və s. materiallar da yerləşdirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG