Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40

Pakistanda Ramazan bayramına görə prezident seçkisinin vaxtı dəyişdirilir


Pakistanın Ali Məhkəməsi prezident seçkilərinin vaxtından qabaq keçirilməsi haqda qərar verib. Seçkilər avqustun 6-da yox, iyulun 30-da keçirilməlidir.

Pakistanın hakim partiyası olan Müsəlman Liqası Ali Məhkəməyə müraciət etmişdi ki, seçkinin vaxtı Ramazan bayramı ilə eyni vaxta düşdüyünə görə, seçkinin vaxtını dəyişsin.

İndiki prezident Zardari yenidən seçkidə iştirak etməyəcəyini bildirir. Müsəlman Liqasının namizədi Mamnoon Hussainin seçkini udacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG