Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:16

Milli Azərbaycan Tarixi Muzeyi iki önəmli nəşrin çapını gerçəkləşdirib


-

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin az öyrənilmiş səhifəsinə - Xəzər neftdaşıma donanmasına həsr olunmuş kitab işıq üzü görüb.

Muzeyin yaydığı xəbərə görə, «Xəzər neftdaşıma donanması (1874-1917)» («Каспийский нефтеналивной флот (1874-1917)») adlı kitab uzun illər Muzeydə çalışmış, Azərbaycanda gəmiçilik tarixinin yorulmaz tədqiqatçısı, tarix elmləri namizədi Vyaçeslav Səmədov tərəfindən Azərbaycanın və Rusiyanın arxivlərində qorunan, indiyədək araşdırılmamış sənədlər əsasında yazılıb.

Müəllifin vaxtsız ölümü (V. Səmədov 1997-ci ildə vəfat edib) kitabı çapa hazırlamağa imkan verməsə də, bu il V. Səmədovun 70 illiyini nəzərə alaraq muzey rəhbərliyi bu işi gerçəkləşdirməyə qərar verib.

Azərbaycanda neft işi, Azərbaycanda gəmiçilik tarixi, həmçinin ümumi Azərbaycan tarixinin XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid dövrünün qaranlıq qalan məqamlarını işıqlandıran dəyərli monoqrafiya beləcə işıq üzü görüb.

Kitabın elmi redaktoru və çapa hazırlayanı muzeyin elmi katibi Fərhad Cabbarovdur.

Muzeyin çap etdirdiyi ikinci kitab «XIX əsr--XX əsrin I yarısı Azərbaycan maarifçiliyi və maarifçiləri» adlı məqalələr toplusudur.

Toplu Azərbaycanda maarifin inkişafı, görkəmli maarifçilərin fəaliyyətinə dair məqalələrdən ibarətdir.

Toplunu bu mövzuda olan nəşrlərdən fərqləndirən ən önəmli cəhət müəlliflərin iş prosesində muzeyin zəngin kolleksiyasında qorunan, indiyədək geniş ictimaiyyətə və elmi dairələrə az məlum olan tarixi materiallardan istifadə etməsidir.

Topluya Azərbaycan və rus dillərində «Maarif fədaisi Həbib bəy Mahmudbəyov», «Rəşid bəy Əfəndiyev – maarifçi, yazıçı, pedaqoq», «Bir daha Mərdəkan bağçılıq məktəbinin tarixi haqqında», «Azərbaycanda Müqəddəs Nina məktəbinin tarixindən», «XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Lənkəran qəzasında maarif işi», «Azərbaycanda qadın maarifçiliyi tarixindən», ««Füyüzat» jurnalında islami maarifçiliyə baxış», «Əla şagird olmuş və əla pedaqoq olacaq», «Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif sahəsində tədbirlərinə dair», «Heydər Verdiyev – pedaqoq və məktəb təhsilinin təşkilatçısı», «Maarifçi və alim Davud Şərifovun portretinə dair bəzi ştrixlər» adlı məqalələr daxil edilib.

Hər iki kitabın yaxın vaxtlarda təqdimatının keçirilməsi planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG