Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:00

Bloqqerlər olmasa, Azərbaycan nə itirər?


-

blogger

Facebook-dan birbaşa şərh yaz
Yeni media Azərbaycana da bloqqerlər dalğası gətirib.
Bloqqerlik Azərbaycana nə verir?
Bloqqer Etibar Salmanlı:
- Azərbaycanda keçirilən Bloqosfer Azərbaycan üçün xeyirli oldu. Xeyli adam Bloqosfer kampından çıxıb.
- Bloqçuluğun inkişafı o zaman olur ki, insan rahat şəkildə TV-yə, radio-ya, qəzetə çıxa bilmir. Bu zaman bloq açmaq, yazmaq ona yardım edir.
- Bloqçu İlkin Rüstəmzadənin həbsi regionlarda xeyli bloqçuları qorxuya salıb. Mən özüm təlimlər zamanı gənclərdə bloq yazmamaqlarıyla maraqlanıram, çoxları etiraf edir ki, mən siyasi yazılar yaza bilmərəm....
- Son 3 ildə xeyli bloqçular yetişdir. Düzdür, çox bloqqer yetişə bilərdi, amma belə alındı...
Aynur Zərintac:
- 3-4 il əvvəl keçirilən Bloqsferalar effektiv oldu. Bloqsfer-dən gələn bloqçuların elələri var ki, Rabitə Nazirliyində işləyir, elə bloqçularsa var ki, İT sahəsində çalışır. Sözsüz ki, Bloqsferin xeyri çox oldu...
- Bloqçu təkcə siyasi mövzularda yazmamalıdır. Yazmaq üçün müxtəlif mövzular var.
- Facebook-la müqayisədə bloqçuluq zəifdir. Məsələn, Facebook-da bir məsələ haqda müzakirə, mübahisə etmək olur, amma bloqlarda bu passivdir.
- Rusiya ilə Azərbaycan bloqçuları arasında böyük fərq var.
XS
SM
MD
LG