Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33
Deputat Sabir Rüstəmxanlının Zaur Qurbanlı ilə bağlı müraciətinə Baş Prokurorluq cavab verib.

VHP sədri bir müddət öncə hazırda həbsdə olan NİDA-çı gənc fəal Zaur Qurbanlını zaminə götürmək üçün müraciət etmişdi.

Onun müraciətinə Baş Prokurorun birinci müavini Rüstəm Usubovun imzası ilə cavab verilib. Məktubda deyilir ki, Zaur Qurbanlının müraciətinin aydınlaşdırılması üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Müraciətdə gənc fəalın uzun müddət irsi talassemiya və böyrək çatışmazlığından əziyyət çəkdiyi, istintaq təcridxanasında saxlanılmasının xəstəliyinə mənfi təsir etdiyi və onun həbsdə saxlanılmasının qeyri-mümkünlüyü bildirilirdi.

«Ekspertizanın nəticələrindən asılı olaraq, Zaur Qurbanlının barəsində həbs qətimkan tədbirinin qüvvədə qalıb-qalmayacağı və şəxsi zaminliyinizə verilməsi imkanları nəzərdən keçiriləcək» deyə məktubda deyilir.

Ombudsman Aparatı isə bildirir ki, əməkdaşları Bakı İstintaq Təcridxanasında saxlanılan Tofiq Yaqublu, Zaur Qurbanlı, Taleh Bağırovla görüşüblər. Məqsəd onların saxlanma şəraiti və onlarla rəftar məsələlərinin öyrənilməsi olub. Aparat bildirir ki, qəbul edilmiş şəxslər saxlanılma şəraiti və rəftardan şikayət etməyib, bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Zaur Qurbanlı və həbsdə olan digər NİDA-çılar narkotik maddə və qanunsuz silah saxlamaqda ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG