Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

R. İbrahimbəyov iyulun 31-də Bakıya gələcəyini deyir


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyov iyulun 31-də, Tbilisi-Bakı reysiylə Bakıya gələcəyini deyir. O, bunu Meydan TV-yə müsahibəsində bildirib.

İyulun 23-də İbrahimbəyovun Azərbaycana qayıdacağı halda həbs olunacağı barədə xəbər yayılıb. O, həmin məsələ barədə sualı belə cavablandırıb:

«Həbs olunmaq üçün səbəblər göstərilməlidir. Belə bir səbəblər yoxdur. Cinayət işi açılanda bununla bağlı məlumat verilir. Mənə belə bir məlumat verilməyib. Belə bir xəbərin yayılmasının məqsədi məni qorxutmaqdır. Amma məqsədlərinə çatmayacaqlar».
XS
SM
MD
LG