Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:39

Beigbeder-in daha bir kitabı Azərbaycan dilində!


Frederic Beigbeder-in kitabı

Frederic Beigbeder-in kitabı

-

"Qanun" nəşriyyatı populyar fransız yazarı Frederic Beigbeder-in "Kömək edin, bağışlayın" əsərini Azərbaycan dilində çap edib.

”99 frank”, ”Məhəbbət üç il yaşayır.”, “Romantik xudbin” kimi dünya bestsellerlərinin müəllifi olan Beqbeder bu illər ərzində Rusiyaya etdiyi qalmaqallı səfərləri ilə məşhurlaşıb.

Onun bu səfərləri hər iki paytaxtın gecə klublarında və dəbli barlarında yaşanan qızğın sərgüzəştləri ilə yadda qalıb. O öz yeni romanını da məhz Rusiya haqda yazıb. Bu romanın işıq üzü görməsi Fransada böyük qalmaqala səbəb olmuşdu.

Beqbeder öz oxşarı, “99frank” romanının qəhrəmanı Oktav Povan­qonu yenidən səhnəyə çıxarır. Bacarıqlı və arsız reklamçı bu dəfə Rusiyaya gəlir: o, dünya kosmetika sənayesinin nəhəngi üçün yeni “reklam siması” axtarır.

Qar, gözəllər və kokain burulğanında gicəllənən Oktav qəfildən, özü də hiss etmədən fədakarcasına aşiq olur.

Ümüdsüz anlarında o, Müqəddəs İsa məbədindən olan tanış bir keşişə tövbə edir və eyni zamanda öz sərgüzəştlərini şərh edir.

“Kömək edin, bağışlayın!” hadisələrin iç üzünü “rus” zəmnində açan roman-etiraf, dəb, qlamur və incə pozğunluq diktaturasına tabe olan bir dünya haqqında paradoksal, istehzalı bir mətn, bir də Turgeniyevsayağı və Beqbedersayağı məhəbbət haqqında bir xatirədir.

Tərcümə: Ülkər Elxanqızı
XS
SM
MD
LG