Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Prezident «Qərbi Çıraq» platformasında olub


Prezident İlham Əliyev iyulun 23-də «Qərbi Çıraq» platformasında tikinti-quraşdırma işləri ilə tanış olub.

Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat verilib.

İnşasına 2010-cu ildə başlandığı «Qərbi Çıraq» dayaq blokunun bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğu olduğu bildirilir.

Onun çəkisinin 18 min 200 ton olduğu qeyd edilir. Bildirilir ki, bloku Dövlət Neft Şirkətinə məxsus olan yerli «Bos Shelf» şirkəti inşa edib.

Bu qurğunun tikintisinə 2 min insan cəlb edildiyi və onların da təxminən 96 faizinin azərbaycanlılar olduğu vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG