Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:42

200 şəxs barəsində 100 cinayət işi açılıb


«2013-cü ilin birinci yarısında korrupsiya ilə əlaqəli 200 şəxs barəsində 100 cinayət işinə baxılıb».

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin «Azərbaycan» qəzetinə yazdığı məqalədə belə deyilir.

O, təqsirləndirilən şəxslərdən heç birinin bəraət almadığını deyib.

Kamran Əliyev istintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulduğunu, hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon manata yaxın ziyanın ödənildiyini bildirib.
XS
SM
MD
LG