Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

İlham Əliyev jurnalistlərə qayğının artırılacağını vəd edib


İlham Əliyev

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-ü- Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində iştirak edib.
Ümumilikdə 155 adam evlə təmin edilib.

Sonra Prezident İlham Əliyev jurnalistlərlə görüşüb. Milli Mətbuat Günü münasibətilə jurnalsitləri təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.Jurnalistlərə mənzil verilməsinin ilk dəfə Azərbaycanda tətbiq olunduğunu deyən prezident gələcəkdə burada gözəl kompleks yaradılacağını, bu ərazidə yeni infrastruktur layihələr həyata keçiriləcəyini və ətrafın abadlaşdırılacağını vəd edib.

Mənzil alan jurnalistlər arasında müxtəlif baxışlı adamlar olduğunu vurğulayan dövlət başçısı bildirib ki, bu bir daha ölkədə ayrı-seçkiliyə yol verilmədiyini göstərir.İlham Əliyev KİV nümayəndələrinə dəstək və onların sosial məsələlərinin həllinə bundan sonra da böyük diqqət yetiriləcəyini vəd edib.

Sonda o jurnalistlər üçün inşa ediləcək 17 mərtəbəli növbəti binanın təməlqoyma mərasimində iştirak edib.

Bu bina 2015-ci ildə istifadəyə verilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG