Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:22
Bu gün jurnalistlərə paylanılan 156 mənzildən biri boş qalıb.

ANS-PRESS-in məlumatına görə, bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, hazırda jurnalistlərə 155 mənzil paylanıb: "1 mənzil hələlik ehtiyatda qalır. Həmin mənzil sabah və ya 10 ildən sonra da verilə bilər. Bütövlükdə 155 mənzil təhvil verilib".

Prezident İlham Əliyev bu gün jurnalistlər üçün tikilən 156 mənzilli binanın açılış və 2015-ci ildə istifadəyə veriləcək növbəti binanın təməlqoyma mərasimlərində iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG