Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:16

Dünya Bankının pulları insan haqlarına qarşı?


Efiopiyada aclıqdan əziyyət çəkən qaçqaın uşaqları
Efiopiyada aclıqdan əziyyət çəkən qaçqaın uşaqları
-
Dünya Bankı geri qalmış regionların inkişafına hər il 10 milyardlarla dollar xərcləyir. Amma bu pulları ayıranda həmin yerlərdəki insan haqlarının real durumunu və riskləri nəzərə almır deyə, yekunda baş verənlər ümumi işə kölgə salır.

Human Rights Watch təşkilatının yeni açıqladığı hesablamada məhz bu cür layihələrə diqqət ayrılır. “Zorakılıqsız inkişaf – Dünya Bankı İnsan Haqları pozuntularının önünə keçmək üçün nələr etməlidir?” adlı hesabatı iyulun 23-də Dünya Bankının İdarə Heyəti müzakirə edəcək. Özünün bu cür hallara qarşı siyasəti və qaydalarını müəyyənləşdirmək üçün.


BANKIN KREDİTİ İLƏ İNSAN HAQQINI POZANLAR

Hesabatda konkret olaraq Dünya Bankının 3 layihəsi araşdırılır. Biri Vyetnamda, ikisi isə Efiopiyada həyata keçirilib.

Human Rights Watch təşkilatının maliyyə institutları üzrə rəsmisi Jessica Evans deyir ki, Bankın yoxsulluğun azaldılması və bərabər yaşayış imkanları yaradılması üçün milyardlar xərcləyir. Amma layihələrdə yekunda istənilən nəticə alınmır. Çünki, layihələrin həyata keçirilməsi insan haqlarının pozuntusu ilə müşayiət olunur.


VYETNAMDA İŞGƏNCƏ MƏRKƏZİ

Məsələn, Vyetnamda həyata keçirilən layihə zamanı Dünya Bankı hökumətə narkomanların müalicə mərkəzləri üçün pul ayırıb. Ancaq bu mərkəzlərdən əslində saxta ittihamlarla adamları həbs eləmək, işgəncə vermək, zorla istismar kimi məqsədlər üçün istifadə edilib.


EFİOPİYADA İNKİŞAF ADIYLA SÜRGÜN

Efiopiyada isə 2 milyard dollar layihə çərçivəsində kənd təsərrüfatını inkişaf etdirmək üçün pul ayrılıb. Amma bu zaman hökumətin insan haqlarına münasibət praktikası nəzərə alınmayıb deyə, nəticəsi ağır olub. İnsanları silah gücünə heç bir infrastruktur qurulmayan Gacbella əyaləti kimi ucqar yerlərə köçürüb, zorla işləməyə məcbur ediblər. Cənubi Sudana qaçan 20 yaşlı gənc deyir ki, “əsgərlər heç bir xəbərdarlıq etmədən onun dalınca gəlib köçürülənlərin maşınına aparmaq istəyiblər. O getmək istəmədiyini deyəndə qolları qırılana qədər döyüblər, evə atasının dalınca qaçanda onu təqib ediblər. Əsgərlər evlərinə giriblər. O meşəyə qaçsa da, evdən atəş səsləri gəlib. Səhər kəndə enəndə öyrənib ki, atasını güllələyiblər. Dünya Bankının bu “kəndləşdirmə” proqramı çərçivəsində eyni yolla 1.5 milyon adamı zorla yeni yaradılan yerlərə köçürüblər. Ailələrində xəbərsiz, silah gücünə ayırmaqla.

Ötən ilin oktyabrından Dünya Bankı bu cür halların qarşısını almaq üçün daxili araşdırmalara başlayıb və qaydalar hazırlayır. Bankdan söz verirlər ki, bundan sonra neqativ təcrübələrin yaşanmamağından ötəri insan haqları məsələsini də layihələrin qiymətləndirmə kriteriyalarından biri kimi qoymaq istəyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG