Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:49
-
«Uzun illərdir ki, 5 sot torpağa görə Cəlilabadla Bakı arasında qalmışam. Neçə dəfə Prezident Aparatında olmuşam. Saatlarla gözləyirsən ki, səni kimsə qəbul edib dinləyəcək. Axırda qapıda dayanan polislər deyirlər, a kişi, nə qədər gəlib gedəcəksən bura? Axırda səni türməyə göndərəcəyik. Get otur kənddə, nəyin var, Allahına şükür elə».

«KƏNDİN ƏN BƏRBAD YERİNDƏ YAŞAYIRIQ»

Bunları «Qaynar xətt»ə Cəlilabadın Uzuntəpə kənd sakini Qulamhüseyn Həsənov deyir. O, həm də yerli bələdiyyədən və icra hakimiyyətindən şikayətçidir. Şikayətinin səbəbi isə odur ki, altı övladına torpaq verilmir:

«25 il dəmiryol idarəsində işləmişəm. Altı uşağım var. Heç birinə torpaq verilmir. Özümün də 63 yaşım var, Uzuntəpənin ən bərbad yerində yaşayıram. Bizim tərəflərə «çala ərazilər» deyilir. Nə suyumuz var, nə də əkilib-biçiləsi torpağımız. Əkdiyimiz də bitmir. Çətinlik içərisində yaşayırıq. Rayonla aramız 10 kilometrdir. Övladlarıma ayrı-ayrılıqda torpaq verilmir. Heç olmasa, rayona yaxın yerdə ümumi 5 sot torpaq sahəsi versinlər ki, meyvədən-tərəvəzdən əkib, satıb dolanaq».

«BUNDAN ARTIĞI YOXDUR»

Qulamhüseyn Həsənov deyir ki, sağlamlığı yerində deyil. Təcili yardım isə kəndə vaxtında yetişmir:

«Dəfələrlə olub ki, ölümlə üz-üzə qalmışam. Bizim yaşadığımız yer yalnız mal-qara saxlamaq üçün əlverişlidir. İnsan həyatına yaramır».

Uzuntəpə kənd bələdiyyəsinin sədri Əziz Fətullayev isə bildirib ki, torpaq islahatları aparılarkən Qulamhüseyn Həsənovun ailəsinə 2 hektar 81 sot pay torpağı verilib. Hazırda həyətyanı torpaq sahəsi isə 25 sotdur:

«Torpaq sahələri bərabər bölgü əsasında paylanıb. Bələdiyyə torpaqları ilə bağlı qanunvericilikdəki son dəyişikliklərə görə, torpaq sahələri hərrac yolu ilə satılır».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG