Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:33
-

“Ağdamda adamı arxadan vururlar” deyən ağdamlının bölünməyən nəyi vardı?! Bu və bunun kimi onlarca qara fikir haradan əmələ gəlmişdi?

Bu, komandirlərin "mən-mən" davası, yoxsa Vətən müharibəsi idi?


23 iyul - Ağdamın işğalından 20 il keçir.


Zakir Hüseyn


ADAMLARIN YIXDIĞI AĞ DAMLAR


Mən indinin özündə də əminəm ki, o yer haqqında nağılda oxumuşam. Həmin kitabdan yaddaşımda ilişib qalan iki hekayətdən üst-üstə sizə üç-dörd cümlə deyə bilməsəm də, inanın, etiqad edin ki, o yer var.

Nağılda o yerin adı Ağdam idi. Ağ Divin ölkəsi sayılan bu torpağa qəhrəmanlar ona görə gəlirdilər ki, başdan-ayağa üzüm tənəkləri ilə gözənmiş buradan ya həyat, cavanlıq salxımları yığıb aparsınlar, ya da ətri qocanı 15 yaşında gəncə çevirən, çələng bağlamış güllərdən bir dəstə qoparıb götürsünlər.

Belə baxanda bu nağıllar dünyası - keçmiş çox gözəlmiş. Xeyirxah və yaxud bədxah ağ divlərin qalacalarından qovub ən son anda cata bılmədiyi igidlər... Sübut üçün deyə bilərəm ki, “Tapdığın nağılı” da Ağdam haqqında oxuduğum nağılla eyni kitabda idi. Tapdıq anadan olanda bədənindən bir parça ət çatmamışdı. Doğulandan sonra arxasınca bülöv boyda parça da doğulmuşdu. Onun canı həmin ət parçasındaydı.

Sözün qısası mən əminəm ki, nağıldakı yer elə Azərbaycanın Ağdam adlı bölgəsi imiş. Şahbulaqda da qalaçaya bənzər nəsə var, deyəsən. Elədirmi? “Tapdığın nağılı”na qalanda, indi bizim bədənimizdə çatışmayan bir parçadır işğal altındakı Ağdam.

Ağdam – Ağban, Altun banın yıxılmasın! Elə bilirəm, bunu deyən kimi əvvəllərə qayıdacağıq. Səbətlər sehrli üzümlə dolacaq, Ağdam radiosunda lentə yazılmış veriliş geriyə yığılıb – (lent başa yığılacaq, dısk dayanacaq, “çaqq...” səslənəcək) – efirə gedəcək, Muradbəylidən Abidəyə gedən yoldakı iydə ağaclarının qoxusu burnumuza dolacaq, dağları, dərələri seyr etdikcə gördüklərımizdən sehrə düşüb dalbadal söyləyəcəyik – Burada ölməyə dəyər!
Ağdam işğaldan əvvəl

Ağdam işğaldan əvvəl


Amma mən, ağdamlılar demişkən – “düzgün” deyiləm, nə də “Saybalıya yasa getmirəm”. Axı qəlbimdən keçmişdi: dayanmaq, geri dönmək. Necə ki, dünənki döyüşdən “spesnaz”ın əsgərləri son nəfəsə və axırıncı adama qədər vuruşmuşdular. Ən son dəqiqələrində qəhqəhə içində topun-tüfəngin qoparıb parçaladığı, yerə sərdiyi yoldaşlarının biçilib atılmış qollarını mərmi-güllə əvəzinə düşmənə tərəf atmışdılar. Qol parçası, bədəndən ayrılmış baş, çıxıb-tökülmüş göz barəsində orada Ağdam işğaldan əvvəl

Ağdam işğaldan əvvəl

nələr, nələr demişdilər. Bunu özünüz fikirləşin.

Bəlı, bu əziz şəhərimi qaça-qaça, itirə-itirə axı qəlbimdən keçmişdi; dayanmaq, geri çevrilmək. Başımın ortasından düz ayağımın altındakı torpağa qədər bir küçənin ortasına “saplanmış” oxdan sağamı, solamı...? Düşmənə tərəf, yoxsa geriyə...? Yox, gecikdim. Nahaqdan başımı qaldırıb ətrafa, başqalarına baxdım. Nəyi axtarıb tapmaq istədim: görəsən, bizimkilərlə müharibə etmək olarmı? Elə o andaca hansısa qərara gəlmək Ağdam işğaldan əvvəl

Ağdam işğaldan əvvəl

nəyə gərəkdi? Amma geri dönmək istədiyim vəziyyət – həmin an, unudulmaz döyüş səhnəsi kimi xüsüsi təyinatlıların həmin döyüşü yenidən yaşanması mümkün olmayan tarix, ölçüyə gəlməyən vaxt idi.

Deyirəm nə olaydı, o işğal anı bulud kimi ötüb yan keçəydi. Axırda hər şeyi başa düşərdik. Hər şey o vəziyyətdə qalardı. Yox, bunların hamısı bir an idi, yalnız düşünülməmiş bir an.

Dövr - an həm də elə gətirmişdi ki, Ağdamda kimlərsə fikirləşirdilər: “Nə qədər çox insan qırılsa, Azərbaycan ayılar, ya da cəhənnəmə ayılmasın, qoy belə olsun, bunlara elə belə lazımdı...” Özünü komandir elan etmiş qaragüruh da yeni xidmətə gəlmiş əsgərləri müharibəylə təkbətək buraxıb “kənardakı” Azərbaycanın qorxaq olmağının heyfini çıxırdılar. “Ölkədə hər bir evdən meyit çıxmayınca Qarabağı ala bilməyəcəyik” – deyirdilər.

Görün, baxın: adamlar öldükcə sevinmək psixologiyası! Bir tərəfdən necə qınayasan, Vətən əldən gedirdi. Küncə sıxışdırılmışdılar. Yorulmuşdular, bezikdirilmışdilər. Oda, alova daha yaxın olanlar bütün həmvətənlərindən kömək, nicat, qardaşlıq əli gözləyirdilər. Axı, bu əziz və çətin müharibə təkcə ağdamlıların, həm də bütün ağdamlıların müharibəsi deyildi.

Qısası, bu cənnətin – Azərbaycanın “İstanbulu”nun qəlbinə xəncər sapladılar. Bənzətmə hər mənada lap yerindədir.

Atılan toplar şəhərı elə İstanbul qədər gurultulu etmişdi. Bazar “Çarşı bazarı”ydı. Pasaj?!... Yanmışdı. Evlər, süslü saraylar, “Çay Evi” bir “çayhanə” idi. Qoşa mınarəli məscid camilər camisi, muzeylər hərəsi bir “Topqapı”ydı. Kəhriz suları isə bir çay halına dönüb dəri “kurtka” düzəldənlərin axıtdığı “natırdan” (dəri aşılayanlar belə ad vermişdilər ən gərəkli qələvi maddəyə) bulanaraq, böyük şəhərə məxsus çirk-çirkabı dartıb aparır, “sənaye” tullantılarından yuyub təmizləyirdi. Oxşatsaq, Ağdamdakı vəziyyət Qarabağ müharibəsinin əvvəlindən “natırlı” su kimi olub. Iş burasındaydı ki, axarda bulanıqlığın çox və ya az olması bulanıq suda balıq tutmaq istəyənlərin sevdası ilə düz, müharibəylə tərs mütənasib idi. Çünki mənafelər toqquşanda atışma başlayırdı, atışma olanda dəri gödəkçə hazırlayanlar başlarını daldalayırdılar. Yəni iş dayanırdı, “natır” da axıdılmırdı.
Ağdam işğal altında

Ağdam işğal altında


O dövrlərin “Qarabağ məsələsini kim həll edəcəksə, hakimiyyətdə də o qalacaq” basabasında Ağdam bir meydan idi. Bəs bu qara ideyalar, parçalanmalar orada elə-belə peyda olmamışdı ha... “Ağdamda adamı arxadan vururlar” deyən ağdamlının bölünməyən nəyi vardı?! Bu və bunun kimi onlarca qara fikir haradan əmələ gəlmişdi? Yoxsa qoşunlarımız Fərrux döyüşündə müvəffəqiyyətsizliyə uğradıqdan sonra Sürət Hüseynovun güya “uğursuz yer” bilib, bu torpağa “tüpürüb” getməsi söz-söhbətindən, Ağdam işğal altında

Ağdam işğal altında

bəlkə çarpışmanın ən ağır dövründə Yevlaxdan bəri yolu bağlayaraq silah-sursatın Ağdam tərəfə keçməsinə əngəl törədilməsi əməlindən və ya onun qoşunu sayılan tör-töküntünün, son işğal günlərində camaatın gözünün qabağındaca ermənidən qabağa düşüb, kəndi qorumaq əvəzinə, qarət etməsi qeyrətsizliyindənmi ortaya çıxmışdı?

Di gəl, hər şeyə kor-koranə nəzər yetirsək, onda lənkəranlılar haqqında nəsə söz deməyə ehtiyac qalır. Axı 1993-cü ilin mayında Ağdamda çayxanada rastlaşdığımız bir xeylı adam Lənkərandan gələn sürücülər olduqlarını, buradakı mühüm istehsalat obyektlərinin dəzgah və qurğularını köçürüb aparmaq üçün göndərildiklərini demişdilər. Sadəlövhlükdən ayılaq və bilək ki, ermənilər təkcə üzbəüz döyüş meydanında vuruşmurdular. Həm də öndə-arxada cürbəcür təxribat yaradırdılar. Bunlardan biri belə idi ki, kəndləri tutur və sonra boşaldıb geri cəkilirdilər. Kəndə mülki paltarda adam qoyurdular. O vaxt zəif düşmüş bölmələrimiz korkoranə ora daxil olur və iki-üç gün sonra ağır şəraitə düşürdülər.

Bəlkə “lənkəranlıyam” – deyən adam təxribatçı idi? Doğrudan da, Qarabağın mərkəzi sayılan bu yerdəkiləri müharibənin əzabları, çətinliklər yox, ayrılıqlar, parçalanmalar, vəzifədə qalsınlar, vəzifəyə gəlsinlər deyə, xəyanət edərək məğlubiyyətimizə səbəb olub ruhumuzu, iradəmizi, ürəyimizi öldürənlərin əməlləri dəhşətə gətirirdi.

Bu, “əmi”, “dayı”(o vaxt cəbhədə belə adlandırılan “komandirlər” at oynadırdılar), “lələ”, “küçəli”, “mən-mən” davası, yoxsa Vətən müharibəsi idi?

Şəhid məkanın - şəhidlər yuvasının çökməsinin səbəbi beş-on gündə, 2-3 ay ərzində baş verənlər, olub-bitənlər deyildi. Bütün bunlar, sonradan göründüyü kimi, sadəcə çöküşü finala yaxınlaşdıracaqdı.

Buradan belə söylədiklərimiz isə Ağdamın işğal rübünə aiddir. Bu rübdə yığılmış, qatılaşmış “plazma” nəsə qorxunc bir şeyə çevrıləcəkdi. Bu rübdə həm də yaz idi. Yağmurun isə gah səhərdən günortaya, gah da ikinci çağdan axşama qədər yağıb kəsən vaxtlarıydı. Təbiətdə belə hallar çox olur. Bir də baxırsan, qar dalbadal, nizamlı halda yalnız gecələr yağdı, gündüz kəsir. Yaxud bir neçə gün günortaya qədər yağış yağır, sonra gün çıxır... Ogünkü yağış isə, deyəsən, ikindi çağdan axşama qədər yağacaqdı. Şəhərin mərkəzi meydanında nümayiş günortaya qədər olmuşdu. Mitinqdə icra başçısını dəyişdirmişdilər. Dünyanın ən gözəl parkına dəyişməyəcəyim bu yerə artıq “öz vaxtını bilən” yağış çiləyirdi. Nümayişdəkilərdən geriyə qalanların kimisi oturacaqlara çökmüş, kimisi ayaq üstdə dayanmışdı: səsucaldanların həyətə yaydığı səslərə - Milli Məclisin Lənkəran hadisələri ilə bağlı iclasındakı çıxışlara qulaq asırdılar.

Bütün Azərbaycan kimi Ağdam da artıq öz böyük həqiqəti ilə nəfəs almağa başlamışdı. Elə bil yeraltı təkanlar baş vermişdi və bu müharibə məngənəsində çabalayanlar sövq-təbii, başlarına gələcək havanı duyaraq ümid, dua içində israrla – “gəlsin”, “gəlsin” demişdilər. Hətta o dövrlərin “qabadayıları” (əksər hərbi hissələrdə belələri vardı) - əsgərlər üçün mahnı oxumağa gəlmiş Qədir Rüstəmov haqqında “küçədə gedirdi, tutub gətirmişik” deyən adamlar belə, özbaşınalıqlara son qoyulacağını bildikləri halda, yenə də “gəlsin”, “gəlsin” söyləmişdilər...

Ağdam çarmıxa çəkilmiş tut ağacı - çəkil kimiydi o günlərdə. Ermənilər onun qol-budağını sındırdılar, bizim “ipəkqurdular” isə yarpaqlarını yedilər. Beləcə, “kiçik köç” davam etdi. Lap Ermənistandakı yurdlarımızdan çıxdığımız kimi, burada da bir qoymahaqoyma başladı. Vətəndən getməyə nə üçün belə ciddi-cəhdlə çalışırdıq? “Başına dönüm, qaqa”, bilirəm çətindi, amma gərək tələsməzdik.

Bundan sonra, əziz, ana, gözəl Xıdırlı kəndi od-alov tüstüsü içində qeybə çəkildi. Az sonra şəhərin bir qatar göyərçini, bir dəstə sərçəsi göyün üzündə görsəndi və uçub oradan bombalanan, yandırılan yerdən uzaqlaşdı. Nağıllardakı kimi tilsim sındı, Ağdam isə nərilti-gurultu ilə əməlli-başlı can verməyə başladı. Bakıda isə qəzetlər Ağdamdan “sonuncu” çıxanların bir-birini inkar edən yalançı müsahibələrini çap etməklə həmişəki vaizliklərindəydilər. Vaizlər hələ də susmaq bilmirlər...

Mən isə... Ana bətnindən qopub yenicə dünyaya gəlmiş canlıdan qalxan isti nəfəsi dadmaq kimi, doğanların əzab-əziyyətdən can qurtardıqları o möhtəşəm məqamı yaşamaq kimi; bir kankanın qazdığı quyunun kənarında qan-tər içində oturub aşağıda bərq vuran suya baxmaqda xoşhallanması kimi, Ağdamı geri aldıqdan sonra hisə-tüstüyəmi, palçığamı, ya elə öz qanımamı batmış halda bir küncdə büzüşüb ağlamaq, zülüm-zülüm ağlamaq istəyirəm mən...

Ağdam – Ağban, Altun banın yıxılmasın! Adamlar ağ damlarını yıxsalar da!


(Ağdam məscidində azan, 1988-1990-cı illər)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG