Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:14
-
Sentyabrda Nizami Kino Mərkəzində Elçin Əfəndiyevin «Mahmud və Məryəm» romanı əsasında çəkilmiş eyniadlı filmin təqdimatı olacaq.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasının direktoru Müşfiq Hətəmova istinadən yayıb.

Müşfiq Hətəmov «Azərbaycanfilm» kinostudiyasının 90 illiyi ilə bağlı bir sıra layihələrin icrasına başlanılacağını söyləyib və «Mahmud və Məryəm» filminin Bakıda geniş təqdimatının bunlardan biri olduğunu söyləyib.

Kinostudiyanın direktoru mərasimə Türkiyədən aktyorlar, rejissorlar dəvət olunacağını və təqdimat mərasimindən sonra filmin nümayiş olunacağını bildirib.



Xatırladaq ki, Azərbaycanın «Salnamə» studiyası və Türkiyənin «24 Kare Film» şirkəti tərəfindən çəkilmiş filmdə ayrı-ayrı dinlərə məxsus iki gəncin sevgisindən bəhs olunur.

Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində Mahmudla Məryəmin sevgisi dayanır. İki gəncin eşqinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.

Nağıl və fantastik elementlərin çulğaşdığı əsərdə Mahmudu Aras Bulut, Məryəmi Eva Dedova canlandırıb.

Ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Kristina Krapella və digər tanınmış aktyorlar da rol alıb.

İlk çəkilişləri Şəkidə başlanan 120 dəqiqəlik filmin bəstəkarı Aygün Səmədzadədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG