Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

I ixtisas qrupu üzrə 40 nəfərin nəticələri ləğv olundu


Ali məktəblərə I ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanlarından 40 nəfər xaric olunub. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanlar bütün binalarda normal keçib.

Protokolların ilkin nəticələrinin araşdırılmasına görə, imtahandan 40 nəfər xaric olunub və nəticələri ləğv olunub. Bunlar imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon keçirməyə cəhd göstərən, həmçinin imtahanın gedişi zamanı zamanı köçürməyə cəhd edən və imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlərdir.

E. Nağızadə deyib ki, imtahan nəticələrinin sabah və ya birisigün elan olunması nəzərdə tutulur.

I ixtisas qrupunun imtahanları iyulun 21-də respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində keçirilib. 2013-cü ildə I qrup üzrə 36883 abituriyent ərizə təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG